Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fizuli Məmmədov daha 3 Qarabağ qazisinə ev hədiyyə etdi

Fizuli Məmmədov daha 3 Qarabağ qazisinə ev hədiyyə etdi


Newscenter.az.18.03.2019.
"Dünya Azərbaycanlıları İttifaqı"nın və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu"nun prezidenti, Fizuli Məmmədov ənənəvi xeyriyyə tədbirlərini davam etdirir.

Newscenter.az xəbər verir ki, bu günlərdə Fizuli Məmmədov yenidən bir neçə Qarabağ qazisinə bayram sevinci bəxş edib. Belə ki, "Dünya Azərbaycanlıları İttifaqı"nın və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu"nun prezidenti daha 3 Qarabağ qazisinə mənzil hədiyyə edib.

Məlumat üçün qeyd edək ki, martın 17-də "Dünya Azərbaycanlıları İttifaqı"nın və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu"nun prezidenti Fizuli Məmmədovun iştirakı ilə Bakıda Qarabağ qazilərinin qatıldığı Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbirə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da qatılıb.
Xəbəri paylaş