Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kür çayı üzərindəki körpü təmir-bərpadan sonra istifadəyə verildi

Kür çayı üzərindəki körpü təmir-bərpadan sonra istifadəyə verildi


Newscenter.az.18.03.2019. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində yerləşən Kür çayı üzərindəki mövcud metal Kür körpüsünün əsaslı şəkildə bərpası işləri aparılaraq yekunlaşdırılıb və Novruz bayramı öncəsi vətəndaşların istifadəsinə verilib.

Agentlikdən Newscenter.az-a bildirilib ki, bu münasibətlə təşkil olunan mərasimdə AAYDA-nin İdarə Heyətinin sədri Saleh Məmmədov, rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, AAYDA-nin İdarə Heyətinin üzvləri və rayon ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər Kür çayı üzərindəki körpünün əsaslı təmirdən sonra açılışı münasibətilə Salyan rayon sakinlərini təbrik edərək, görülən yol infrastrukturunun yenilənməsi ilə bağlı işlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məlumat verilib ki, 3 aşırımlı körpünün uzunluğu 335 m, eni isə 11.5 m-dir. Körpünün hərəkət hissəsinin eni 7.5 m, hər tərəfə yanaşma yollarının uzunluğu isə 500 metr təşkil edir.

1993-cü ildə istifadəyə verilən bu körpü Şimal və mərkəz rayonlarını İran ilə birləşdirən əsas əlaqələndirici körpü funksiyasını daşıyır və il ərzində müntəzəm olaraq nəqliyyat vasitələrinin hərəkət etməsi üçün istifadə olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpüdə geniş təmir-bərpa işləri həyata keçirilib. Layihə çərçivəsində körpünün hər iki tərəfdən yanaşma yolu tamamilə yenidən qurulub, kənar dayaqları və kənar dayaqların yamaclarının konusları eləcə də yanaşma plitələri yenidən inşa edilib.

Xəbəri paylaş