Newscenter.az.27.03.2019. “Çox qəribə toplumda yaşayırıq. İndi də başlamışıq Əli İnsanovdan insan düzəltməyə”.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov səsləndirib. O, bildirib ki. ancaq bu cəhd də alınmayacaq:
“Özünüzü yormayın. Çünki onun, bundan sonra düzəlməsi qəliz məsələdi. Bir vaxtlar Əli İnsanovu rüşvətxor, qaniçən, mətbuatın düşməni adlandıranlar, indi niyəsə onu Nelson Mandellaya bənzətməyə başlayıblar. Səbəbini deyim. Əlinin yığdığı pulları gizlətdiyi barədə həmin şəxslərdə məlumat var. İstəyirlər Nelsonu qaza qətirsinlər. Sən böyüksən, sən lidersən deyərək həmin pullardan xımır-xımır yesinlər. Vaxtınızı boşa xərcləyirsiniz “bəylər.” Gönü qalındı, bişən şey deyil”.
İctimai Birlik sədri onu da deyib ki, Əli İnsanovyaxın günlərdə Rəsulzadədən, Elçibəydən danışacaq:
“Bir zamanlar Milli azadlıq hərəkatına dəstək verdiyini deyəcək. Hakimiyyətdə olanda gizlicə “demokratlara” dəstək verdiyini dilə gətirəcək. Əgər ölkədən çıxışına icazə verilsə həccə gedəcək. Nə olur olsun, rüşvətxorun yekəsidi”.
Arzuman Abdulkərimov onu da deyib ki, bir vaxtlar Əli İnsanovun zülm etdiyi adamlar indi onu qəhrəman kimi təqdim edirlər: “Deməli haqlı, haqsız hakimiyyətin əleyhinə bir söz dedinsə qəhrəmansan”. İ
ctimai Birlik sədri Eldar Namazovun Əli İnsanova meyillənməsinə də toxunub və deyib ki, Eldar Namazovun gəzmədiyi ocaq başı qalmayıb:
“Deyilənə görə indi də Əli İnsanovla pıçıldaşır.Amma hakimiyyət bir balaca üzünə gülümsəsə əlini də, vəlini də ayaqlayacaq”.