Newscenter.az.27.03.2019. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu xaricdə yaşayan gənc diaspor nümayəndələrini 8-14 Iyul 2019-cu il tarixlərində Diaspor Gənclərinin II Yay Düşərgəsində iştirak etməyə dəvət edir.
Newscenter.az-a Komitədən daxil olan məlumata görə, layihənin məqsədi: Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etməkdir. Düşərgə İmadəddin Nəsiminin * anadan olmasının 650 illiyinə həsr olunur.
Düşərgədə 18-29 yaşlarında, Azərbaycan dilində ünsiyyət bacarığı olan və tədbir ərzində tam davamiyyətə məsuliyyətli şəxslər iştirak edə bilərlər. Azərbaycan Diaspor Gənclərinin I Yay Düşərgəsində iştirak edən şəxslər təkrar müraciət edə bilməzlər.
Düşərgədə Azərbaycanın tarixi və memarlıq abidələrinə ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, qrup müzakirələri və əyləncəli-maarifləndirici tədbirlər keçiriləcək. Düşərgə iştirakçıları sertifikatla təltif olunacaqlar.
Diaspor Gənclərinin II Yay Düşərgəsi ödənişsizdir. Düşərgənin iştirak xərcləri (yol xərcləri, viza, yaşayış, qidalanma, daxili nəqliyyat, səyahət sığortası) tam şəkildə qarşılanacaq.