Newscenter.az.28.03.2019. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərinin həyata keçirilməsini planlaşdırır.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, tədbirlərin Sumqayıt və Gəncə şəhərlərində, Lənkəran, Zaqatala, Şəki, Qəbələ, Quba, Bərdə, Ağcabədi, Şirvan, Neftçala və Salyan rayonlarında təşkili nəzərdə tutulub.
Abituriyentlərin, orta məktəb müəllimlərinin, aidiyyəti dövlət qurumlarının iştirakı ilə keçiriləcək tədbirlərdə İnstitutun yaradılma məqsədi, fəaliyyət istiqamətləri, tələbələrə dəstək xidmətləri, məzunlar üçün iş imkanları haqqında ətraflı məlumat veriləcək. Eyni zamanda, Aİİ-də qəbul prosesinin hansı formada təşkil olunması; tədris edilən ixtisaslar haqqındageniş məlumat verilməsi; Aİİ-nin tanıtım videoçarxının nümayişi;ali təhsil müəssisəsinin tədris prosesini, eyni zamanda, ictimai fəaliyyətini əks etdirənmateriallarıntəqdim olunması nəzərdə tutulur.
Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutuna tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə – İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirilir. İnstitutda, həmçinin magistratura və doktorantura pillələri üzrə də qəbul aparılır.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılmışdır. Aİİ-nin əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş yeni ali təhsil müəssisəsidir.