Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Diqlas”da baş verən yanğınla bağlı avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət davam edir

“Diqlas”da baş verən yanğınla bağlı avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət davam edir


Newscenter.az.28.03.2019. 26.03.2019 tarixində Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar Qara Qarayev prospekti Bəhruz Nuriyev küçəsi ilə kəsişmədən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək hərəkətə tətbiq edilən məhdudiyyət davam edir.

Bu barədə məlumat Newscenter.az-a Bakı Nəqliyyat Agentliyindən daxil olub. Bildirilib ki, bu səbəbdən də həmin hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar bu gün də alternativ yollarla hərəkət edir.

Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntelektul İdarəetmə Mərkəzi tərəfindən Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməkdədir.

Hadisə ərazisinə yaxın ətraf küçə və prospektlərdə nəqliyyatın hərəkətində sxılığın yaranmaması üçün əhalidən həmin istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri tövsiyyə edilir. Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarından yaranmış vəziyyəti anlayışla qəbul etmələrini xahiş edir.
Xəbəri paylaş