Newscenter.az.29.03.2019. ABŞ-ın Azərbaycana yenicə təyin edilmiş səfiri ÖrlLitzenberqer 29 mart tarixində Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) öz üzvləri üçün təşkil etdiyi aylıq işgüzar naharda qonaq spiker kimi çıxış etmişdir.
Newscenter.az xəbər verir ki, cənab Litzenberqer “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” adlı Ağ sənəd dədaxil olmaqla, Azərbaycanın işgüzar mühitinin yaxşılaşdırılmasına kömək etməküçün göstərdiyi səylərə, habelə, Palatanın Azərbaycan hökuməti ilə sahibkarlar və istehlakçılar arasında daha güclü dialoqun aparılmasında və ABŞ ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin əhatə dairəsinin genişləndirilməsi istiqamətində gördüyü işlərə görə Palataya öz təşəkkürünü bildirdi. O, həmçinin, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı tərəfdaşlığı möhkəmləndirilməsi və daha da inkişaf etməsi üçün konkret və innovativ həll yollarını tətbiq etdiklərinə görə AmCham-a, onun Prezidenti cənab Nuran Kərimova və İcraçı direktoru xanım Natəvan Məmmədovaya öz təşəkkürünü bildirdi. Səfir Amerika Birləşmiş Ştatlarının Azərbaycana strateji cəhətdən vacib ölkə kimi dəyər verdiyini vurğulayaraq, ikitərəfli əlaqələri daha da dərinləşdirməyə və ümumi maraq doğuran bütün sahələrdə əməkdaşlığı genişləndirməyə sadiq qalacağını ifadə etdi.
Cənab Litzenberqer Birləşmiş Ştatların Ali Diplomatik Xidmətinin peşəkar üzvüdür və 2019-cu il 2 yanvar tarixində ABŞ-ın Azərbaycandakı səfiri kimi ABŞ Senatı tərəfindən təsdiq edilmişdir. Naharda səfirlə yanaşı AmCham-ın 100-dən çox üzvü və tərəfdaşı, habelə diplomatik korpusun nümayəndələri iştirak etmişlər. Nahar,həmçinin,AmCham üzvləri tərəfindən keçirilən ayrı-ayrı təqdimatlarilə yadda qalmışdır.
Qeyd edək ki, Amcham Azərbaycan üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.
Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 290-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80 %-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.