Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bank of Baku müştəriləri niyə narazı salır?

Bank of Baku müştəriləri niyə narazı salır?


Newscenter.az.29.03.2019. Ölkənin bank sistemində mövcud olan problemlər təssüflər olsun ki, hələ də öz həllini tapmır. Dövlət bankların normal qaydada fəaliyyəti üçün zəruri addımlar atsa da, lakin bu sektorda fəaliyyət göstərən bankların əksəriyyətinin fəaliyyəti qaneedici deyil. Bundan isə əsas əziyyət çəkən vətəndaş, yaxud bankın müştərisidir.

Newscenter.az Nəsimi Paşayev də bu günlərdə banklardan birinin, daha doğrusu Bank of Bakunun vətəndaşı narazı salan fəaliyyətindən yazıb. Nəsimi Paşyevin facebook profilində qeydlərini təqdim edirik:

Əslində adətim deyil, amma bu dəfə ictimailəşdirmək qərarına gəldim ki, başqaları da aldanmasın. Bizdən çox-çox uzaq olan Bank of Baku - Sizə Yaxın Bankçılıq -ın post terminalı vasitəsilə bir mağazadan ödəniş etmişdim. Kartımdan pul çıxılması ilə bağlı bildiriş gəlsə də satıcılar dedi ki, post terminal uğursuz əməliyyat göstərir və sizə malı verə bilmərik. təbii ki qısa münaqişə yarandı. Məni bankın post terminala cavabdeh olan şəxsi ilə danışdırdılar. Həmin şəxs dedi ki, bu gün, uzağı sabah pulunuz karta qaytarılacaq. Təbii ki, inanmadım. Çünki həmin gün bayram, səhərisi gün isə qeyri-iş günü idi. Ancaq mən nəğd ödəniş edib məhsulu aldım. Növbəti iş günü Bank of Baku - Sizə Yaxın Bankçılıq online çat vasitəsilə problemi bildirdim. Məni borclu çıxarıb dedilər ki, vəsait 8 iş günü ərzində geri qaytarılır. Mən də ok dedim. Bu gün, hadisədən 21 gün keçəndən sonra (təbii ki, arada bayram günləri var idi, amma 8 iş gününü keçib) yenidən bankla əlaqə saxladım. Sizcə nə oldu? Belə bir problem bunlara deyilməyib. Mən təkrar mağazaya getməliyəm, mağaza banka sorğu göndərməlidir və sair və ilaxır. Biraz banka əməkdaşına təlim keçdikdən sonra daha dərin araşdırma apardılar və dedilər ki, həmin gün ümumiyyətlə bizdə elə əməliyyat olmayıb. Bu dəfə mobil tətbiqetmədən ödənişlə bağlı bildirişi göndərdim onlara. Nəhayət indi zəng edib dedilər ki, sizin problemlə bağlı (artıq qəbul elədilər ki, belə əməliyyat olub) kartınızın bankına sorğu göndərmişik. Dəqiq vaxtını deyə bilməsək də gələn həftə sizin pulunuz qaytarılacaq.

Bu da müasir bank, bu da texnoloji inkişaf, bu da müştəri məmnuniyyəti. Bərəkallah dedim və gələn həftəni səbrsizliklə gözləyirəm.
Xəbəri paylaş