Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi qüvvələr fürsəti əldən verməyərək Azərbaycan dövlətinə qarşı həqarətlər yağdırırlar

Bəzi qüvvələr fürsəti əldən verməyərək Azərbaycan dövlətinə qarşı həqarətlər yağdırırlar


Newscenter.az.29.03.2019. Bir müddətdir Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğu Nuru Quliyev ilə Türkiyədə fəaliyyət göstərən ASİMDER başkanı Göksel Gülbey arasında narazılıq mövcuddur. Təəssüflər olsun ki, bu narazılıq sosial şəbəkələrdə, mediada geniş ittihamlarla özünə yer tapmaqdadır. Onu bildirim ki, Nuru Quliyev Dövlətimizin Qarsdakı baş konsuludur, vətənpərvər insandır, dostumuzdur. ASİMDER başkanı Göksel Gülbey də vətənpərvər insandır, uzun müddətdir erməni iftiralarına qarşı mübarizə aparan bir təşkilatın rəhbəridir və ən nəhayət dostumuzdur.

Beynəlxalq Diaspor Mərkəzinin ASİMDER ilə ortaq əməkdaşlıq protokolu var və bu illər boyu Göksel beyle birgə bir çox lahiyələrə imza atmışıq. Azərbaycan və Türkiyənin milli marağlarının müdafiəsi istiqamətində çoxsaylı birgə tədbirlər həyata keçirmişik. Hətta son illərdə baş konsulumuz Nuru Quliyevin dəstəyi, BDM və ASİMDER-in birgə təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən Qarsın Koçköydə Xalq Qəhrəmanımız Soltan Bəy Paşabəyoğlunun xatirəsinin əbədiləşdirilməsi istiqamətində lahiyə həyata keçirilib. Hamımızın niyyəti və hədəfi birdir. Amma nədənsə görünür bəzi qaranlıq qüvvələr ayrı-ayrı vaxtlarda və bu gündə birliyimizi pozmaq istiqamətində fəaliyyətlər aparırlar. Mən əminəm ki, baş konsulumuzla Göksel bey arasında yaranmış narazıçılıqda məhz həmin çirkli əllərin fitnəsi ilə baş verir. Yenə çox təəssüf olsun ki qarşılıqlı ittihamlarda bəzi qüvvələr fürsəti əldən verməyərək Azərbaycan dövlətinə qarşı həqarətlər yağdırırlar.

Bildirim ki, bir neçə il əvvəl baş konsulumuz ilə Göksel bəy arasında yaranmış anşlaşılmazlıq məhz BDM sədri İsmayıl Ağayevin təşəbbüsü ilə ortadan qalxmışdır. Ümid edirəm ki, ciddi səbəblərə dayanmayan növbəti narazılıq da qısa zamanda aradan qalxar. Buradan hörmətli baş konsulumuz Nuru Quliyevə və ASİMDER başkanı Göksel Gülbeye müraciət edərək ortalıqda yaranmış narazılığa son verməyini xahiş edirəm. Hər iki dəyərli dostumuz, inanın ki bu ittihamlardan ancaq və ancaq düşmənlərimiz yararlana bilər. İğdırda, Qarsda, İstanbulda, Ankarada və Azərbaycanda olan ortaq dostlarımıza məsələyə həssas yanaşmağı və iki qardaşımızın barışmasına dəstək göstərməyə çağırıram. Bir daha dönə-dönə dostumuz, hörmətli baş konsulumuz Nuru Quliyevi və yenə dəyərli dostumuzu ASİMDER başkanı Göksel Gülbeyi qarşılıqlı ittihamları geri götürməyə çağırır və xahiş edirəm.

Samir Adıgözəlli
Beynəlxalq Diaspor Mərkəzinin və DAK İcra Aparatının rəhbəri
Xəbəri paylaş