Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Maliyyə savadlılığına dair təlimlər keçirilir

 Maliyyə savadlılığına dair təlimlər keçirilir


Newscenter.az.29.03.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib. Newscenter.az xəbər verir ki, təlimlər BŞTİ və Azərbaycan Respublikası Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb.

Təlimlərin keçirilməsinin əsas məqsədi BŞTİ əməkdaşlarının maliyyə savadlılığının, iqtisadi bilik və bacarıqlarının artırılmasından ibarətdir.

Təlimlərdə maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, rəqəmsal ödənişlər, istehsal infrastrukturları və bank xidmətləri barədə təqdimatlar keçirilib, mövzular üzrə səmərəli fikir mübadiləsi və müzakirələr aparılıb.

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.
Xəbəri paylaş