Newscenter.az.29.03.2019. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Sənan Axundovun ailəsini yeni mənzillə təmin edib.
Newscenter.az-ın əldə etdiyi məlumata əsasən, Heydər Əliyev Fondunun nümayəndələri şəhid ailəsi ilə görüşüb. Sənan Axundovun ailəsinə bildirilib ki, Mehriban Əliyevanın tapşırığı ilə onların problem həll edilib. Ailəyə Bakının Nərimanov rayonunda yeni mənzil verilib.
Qeyd edək ki, Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə məxsus ev əllərindən alınıb. Bu barədə Ali Məhkəmə qərar çıxarıb. Şəhid ailəsindən onlara məxsus olan evə görə 100 min manat pul istənilib.
Məlumata görə, S. Axundov şəhid olmamışdan bir neçə il əvvəl Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra "Kamran MMC"nin işçiləri barəsində cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini biznesmen Şərurlu İsfəndiyar alıb.