Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir vətəndaşlarla görüşüb

Nazir vətəndaşlarla görüşüb


Newscenter.az.29.03.2019. Gənclər və idman naziri Azad Rəhimov martın 29-da Mingəçevir şəhərində Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.

GİN-in mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 26 nəfər vətəndaş dinlənilib.

Bunlardan 5 nəfəri gənclər , 11 nəfəri idman sahəsi , digərləri isə, “Gənclər evi”, Olimpiya İdman Kompleksləri, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri , idman avadanlıqlarının verilməsi, ipoteka krediti və iş ilə bağlı müraciətlər olub.

Müraciətlərin bir qismi yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldilib.
Xəbəri paylaş