Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazirlərin regionlarda əhali ilə görüşü sadəcə görüntüdür

Nazirlərin regionlarda əhali ilə görüşü sadəcə görüntüdür


Newscenter.az.29.03.2019. "Nazirlərin qrafik üzrə regionlara səfəri, əhalinin problemləri ilə yaxından tanış olmaq kimi görüşü heç bir problemi həll etmir. İcra başçıları öyrədilmiş şəxsləri görüşə gətirir və heç bir problem həll edilmir".

Newscenter.az xəbər verir ki, bu fikirləri AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, bir ildən artıqdır ki, nazirlər, komitə rəhbərləri rayonlarda görüş keçirir:

"Nəticəsi sıfır. Prezident İlham Əliyevin regionlara səfərində şəxsinə verilən məktublar bir daha təsdiq edir ki, nazirlərin regionlarda əhali ilə görüşü sadəcə görüntüdür. Kabinetdə 5 və 10 nəfəri qəbul etməklə problemlər həlli edilmir. Görüşə gələnlər də cüzi şəkildə istəklərini dilə gətirir, tərif deyir".

Partiya rəsmisi deyib ki, mütləq şəkildə iqtisadi islahatlar, rəqabətli iqtisadi siyasət tətbiq edilməklə problemlər həll edilə bilər:

"Odur ki, nazirlərin rayon yerlərində İcra hakmiyyətinin kiçik kabinetlərində öyrədilmiş şəxslərlə görüşlərinə ehtiyac yoxdur. Yeni sosial paketlərin həyata keçirilməsi davamlı olmalıdır. Yerləşdiyimiz region çox mürəkkəbdir. Ölkəmizə qarşı daima təxribatlar həyata keçirilir. Dünyada yeni nizam formalaşır. Yeni nizamın formalaşması xaos və müharibələrlə müşayiət olunur. Ona görə də ölkədə xalq dövlət birliyi inkişaf etməli, əhalinin dövlətə etibarı güclü olmalı, dövlətçiliyini qorumalıdır. İqtidar mütləq şəkildə dövləti kənar təsirlərdən qorumaq istəyirsə, siyasi-iqtisadi islahatları sürətləndirməlidir".
Xəbəri paylaş