Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi müxalif liderlər özlərini çox rahat şəkildə prezident kürsüsündə görürlər

Bəzi müxalif liderlər özlərini çox rahat şəkildə prezident kürsüsündə görürlər


Newscenter.az.30.03.2019. "Bəzi müxalif liderlər rahat şəkildə pafoslu çıxışlar edirlər. Hətta adam özünü çox rahat prezident kürsüsündə görür. Sanki indiyə qədər ölkəyə, dövlətə, xalqa canı yanan bu olub. Sanki, bu müxalif lider Prezidentdir, o nə deyirsə ölkə rəhbərimiz də onu həyata keçirir".

Newscenter.az xəbər verir ki, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib. O, qeyd edib ki, bu bir növ həyasızlıq hesab edilir:

"Eyni zamanda Ölkə Rəhbərinin xalq, üçün, millət üçün, dövlət üçün, Vətən üçün etdiyi bütün müsbət addımları heçə saymaq deməkdir. Bu qudurğanlığın ən pik nöqtəsidir. Ölkə Rəhbərimiz görün necə ədalətli və humanist insandır ki, bu adama danışmaq üçün hələ də şans verir. İslam tarixini oxusanız görərsiniz ki, Ölkə başçısının zəhmətini öz adına çıxan, onun dövlət üçün etdiyi bu qədər işləri heçə qələmə verən, insanları ölkə rəhbərinə qarşı qaldıran bir müxalif lideri xəlifələr necə həyatdan mərhum edirdilər. Bunu bilsəniz inanın ki, o cür nankor müxalif rəhbərinə yaxınlaşıb sadəcə bir kəlimə deyərdiniz: "Allahdan qorx!". Təbii ki, əgər iman əhli olmaqla yanaşı, elmli, dərrakəli, elmi ilə əməl edən mömin bəndə olsaydınız. Belə onsuzda insanların çoxu öz yaradanına, Rəbbinə qarşı da nankordular".
Xəbəri paylaş