Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli İnsanovun bəxtinə kasıb mərhələ düşmüşdü

Əli İnsanovun bəxtinə kasıb mərhələ düşmüşdü


Newscenter.az.30.03.2019. Əli İnsanovun müdafiəçiləri iddia edir ki, indiki səhiyyə naziri Oqtay Şirəliyev ondan qat-qat çox korruosionerdir. Tamamilə razıyam və haqlı iddiadır.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Qadir İbrahimli deyib ki, çünki Əli İnsanovun nazir işlədiyi 90-cı illərdə Azərbaycan büdcəsi cəmi 300-800 milyon dolları idi:

"Əli İnsanov həbs ediləndə isə büdcə 1 milyard dollardan bir az çox idi. Yəni büdcədən oğurlamağa bir şey yox idi. Bu reallığı nəzərə alan sabiq nazir xəstələri soyurdu- xəstəxanalar rəsmən pullu xidmətə keçmişdi. O vaxt ölkə üzrə orta aylıq əməkhaqqı 35-40 manat olduğu halda cərrahiyya əməliyyatının təkcə rəsmi qiyməti 150-200 manata yaxın idi. Üstəlik də əməliyyat üçün zəruri dərmanları da xəstəyə aldırırdılar".

İqtisadçı qeyd edib ki, Oqtay Şirəliyev İnsanovun bu "ənənəsinə" xəyanət etmədi:
Əli İnsanovun bəxtinə kasıb mərhələ düşmüşdü

"O biri tərəfdən isə , Şirəliyevin dövrü böyük neft pulları dövrünə düşdü - ölkənin büdcəsi 1 milyard dollardan 30 milyard dollara qədər yüksəldi. Şirəliyev həm xəstələrdən, həm də büdcədən "qazanırdı". Nəhayət, Şirəliyevin dövründə Azərbaycan büdcəsinin az qala yarısı qədər vəsait də Rusiyadan ölkəyə daxil olurdu - "yazıq" Əli İnsanovun bəxtinə kasıb mərhələ düşmüşdü. Fərq yalnız budur. O baxımdan mənim üçün Əli İnsanovla Oqtay Şirəliyev arasında heç bir fərq yoxdur. Yeganə fərq birinin ölkənin kasıb dövründə, birinin isə varlı vaxtında nazir işləməsidir. Ancaq mahiyyətcə ikisi də, məşhur mahnıda deyildiyi kimi, "bir soydur".
Xəbəri paylaş