Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vyana görüşü Azərbaycan diplomatiyasının gücünü göstərdi

Vyana görüşü Azərbaycan diplomatiyasının gücünü göstərdi


Newscenter.az.30.03.2019. Vyana görüşü Azərbaycan diplomatiyasının gücünü, Azərbaycan dövlətinin və ən əsası ölkə prezidentinin növbəti dəfə siyasi iradəsini, qətiyyətini nümayiş etdirdi.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Eldəniz Səlimov səsləndirib. Onun sözlərinə görə, bu görüş həm də illərdir erməni sovinistlərinin, şovinizm xəstəliyinə mübtəla olmuş erməni siyasətçilərinin, başabəla erməni liderlərinin davam etdirdikləri siyasətin yanlış olduğunu, fiaskoya uğradığını gözlər önünə sərmiş oldu:

“Artıq ermənilərə inam qalmayıb, Ermənistan rəhbərlərinə, özündən əvvəlki cinayətkar rejimlərin və onun cinayətkar başçılarının səhvlərindən, aqibətindən dərs çıxarmayan Paşinyanın dedikləri sabun köpyündən başqa bir şey deyil. Hətta, onların açıq və gizli himayədarları belə onlara inanmır, etimad etmir, heç bir sözlərini, bəyanatlarını ciddiyə almırlar. Vyana görüşü, Azərbaycan dövlətinin və dövlət başçısının iradəsi və qətiyyətinin nəticə olaraq, sərgilənən mövqe, danışıqların davam etdirilməsinin qərara alınması və danışıqlar formatının dəyişdirilməsinin qeyri-mümkünlüyünün ifadə edilməsi artıq hər şeyi açıqlığı ilə ortaya qoydu, Ermənistanın, onun siyasətbaz siyasi liderlərinin fiaskoyla, dalanla üzləşdiyini hər kəsə göstərmiş oldu. Cənab prezidentin də TASS-a müsahibəsində vurğuladığı kimi, “əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib”.

Eldəniz Səlimov qeyd edib ki, artıq seçim, qərar Ermənistanın, Paşinyandır:

"Növbəti yanlışlıqları, xətaları, təxribatçılıq əməlləri onlara baha başa gələr, apel hadisələrinin daha ağırını və daha faciəlisini yaşaya bilərlər".
Xəbəri paylaş