Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi hissə komandirlərinin toplantısı keçirilib

Hərbi hissə komandirlərinin toplantısı keçirilib


Newscenter.az.2.04.2019. Azərbaycan Ordusunun döyüş hazırlığı planına əsasən hərbi hissə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə metodiki toplantı keçirilib.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ötən ildə hərbi bölmələrdə ideoloji iş və mənəvi-psixoloji təminat fəaliyyətinin, eləcə də ictimaiyyətlə əlaqələr işinin hərbi qanunvericilik aktlarının tələblərinə uyğun təşkil olunduğunu qeyd edərək bildirib ki, bu fəaliyyətlər Müdafiə nazirinin tələblərinə əsasən daim diqqət mərkəzində olmalıdır.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini general-mayor Rasim Əliyev də 2018-ci tədris ili ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın yüksəldilməsi və digər sahələrdə görülmüş işlər, eləcə də 2019-cu tədris ilində qarşıda duran vəzifələr barədə ətraflı məruzə ilə çıxış edib. Sonda zabit heyətinə müvafiq tövsiyələr verilib.
Xəbəri paylaş