Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən ay BŞTİ-yə 5 253 müraciət daxil olub

Ötən ay BŞTİ-yə 5 253 müraciət daxil olub


Newscenter.az.2.04.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin mart ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Newscenter.az-a İdarədən bildirilib ki, qeyd olunan müddət ərzində ümumilikdə, 5 253 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1 591 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 022 vətəndaş müraciəti daxil olub. 101 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 1 179 sənəd (vətəndaşlar tərəfindən 160 ərizə, Təhsil Nazirliyindən 112, digər qurumlardan 338, məktəblərdən 361 məktub, 85 strukturdaxili yazışma və 123 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 360 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.
Xəbəri paylaş