Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda məhkəmə hakimlərinin sayı 200 nəfər artırılacaq

Azərbaycanda məhkəmə hakimlərinin sayı 200 nəfər artırılacaq


Newscenter.az.3.04.2019. Azərbaycanda məhkəmə hakimlərinin sayı 200 nəfər artırılacaq.

Bu, Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanda öz əksini tapıb.

Fərmanda qeyd olunub ki, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılsın.
Xəbəri paylaş