Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DİDK sədri Gürcüstanın baş naziri ilə görüşüb

DİDK sədri Gürcüstanın baş naziri ilə görüşüb


Newscenter.az.3.04.2019. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstana səfəri çərçivəsində bu ölkənin baş naziri Mamuka Baxtadze ilə görüşüb.

Newscenter.az-a Dövlət Komitəsindən daxil olan məlumata görə, yüksək səviyyədə və səmimi atmosfer şəraitində keçən görüş zamanı ikitərəfli münasibətlər ətraflı müzakirə olunub. M.Baxtadze bildirib ki, Dövlət Komitəsinin Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı həyata keçirdiyi layihələrə çox müsbət yanaşır və bu fəaliyyəti yüksək şəkildə dəyərləndirir.

Baş nazir M.Baxtadze görüşdə iştirak edən Barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşviliyə DİDK ilə ikitərəfli münasibətləri daha da intensivləşdirmək, çoxsaylı birgə layihələr həyata keçirmək barədə göstəriş verib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev də iştirak ediblər.
Xəbəri paylaş