Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əlində avtomat tutmayanların müharibə haqqında "ağıllı-ağıllı" danışmaqları gülüncdür

Əlində avtomat tutmayanların müharibə haqqında "ağıllı-ağıllı" danışmaqları gülüncdür


Newscenter.az.3.04.2019. "Aprel döyüşlərində verdiyimiz itkilərə dəyərdimi?" və yaxud, "iki təpəyə görə aparıb igid oğlanlarımızı qırdırdılar” kimi olduqca yersiz və cəfəng bir fikiri səsləndirən bəzi dırnaqarası "ağıllı"lar pambıq tıxadıqları qulaqlarını açıb eşitsinlər ki, onların bu mövqeyi kökündən yanlışdır və bu cür sarsaq düşüncələri gündəmə gətirmək sadəcə və sadəcə ayıbdır.

Həmin o boş-boş danışanlardan, milçək kimi ürək bulandıranlardan fərqli olaraq şəxsən mən özüm Birinci Qarabağ Müharibəsində iştirak etmiş və yaralanmış bir şəxs kimi bunu əminliklə deyirəm ki, bəli, 2-5 aprel hərbi əməliyyatları bizim şərəfli zəfər səhifəmizdir və biz bununla yalnız və yalnız qürur duymalıyıq. Tarixdən bixəbərlər heç olmasa gedib dünya müharibələr tarixini biraz vərəqləsinlər və görsünlər ki, bizim kimi torpağı işğala məruz qalmış başqa xalqlar da bəzən bir qarış torpaq uğrunda yüzlərlə, minlərlə əsgər qurban veriblər. "Torpaq uğrunda ölən varsa Vətəndir" sözü boşuna yaranmayıb ki. Baxın, Çanaqqala savaşı zamanı torpağın hər qarışı minlərlə türk əsgərinin qanı ilə suvarılmışdı.

Odur ki, Aprel döyüşlərinin də istər hərbi, istərsə də mənəv-psixoloji əhəmiyyətini heç kim kiçiltməyə cəhd göstərməsin. Ümumiyyətlə, ömrü boyu əlində avtomat tutmayanların müharibə haqqında "ağıllı-ağıllı" danışmaqları gülüncdür.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş