Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Qarabağ münaqişəsinin həllini mərhələli şəkildə reallaşdıra bilər

Putin Qarabağ münaqişəsinin həllini mərhələli şəkildə reallaşdıra bilər


Newscenter.az.3.04.2019. "Vyana görüşündən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti V. Putinə zəng edərək Qarabağ danışıqlarının təfərrüatı barədə onu məlumatlandırması Yerevanın Moskvanın iradəsindən kənar addım atmadığını göstərir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, Vyana görüşünün detalları barədə Putinin Paşinyanla telefon danışığından sonra prezident İlham Əliyevlə telefon danışığı Kremlin konfliktin həllində bundan sonra aktivləşəcəyini göstərir:
Putin Qarabağ münaqişəsinin həllini mərhələli şəkildə reallaşdıra bilər

"Putinin Ermənistan və Azərbaycan rəhbərliyi ilə Qarabağla bağlı telefon diplomatiyası növbəti görüş üçün zəmin yaradır. Vyana danışıqlarının davamı olaraq növbəti görüş Moskva, ya da Soçidə keçirilə bilər. Putinin vasitəçiliy ilə görüş baş tutarsa, danışıqların "Kazan formulu" əsasında aparılması istisna edilmir. Moskva daima bu həll formulu üzərində dayanır".

Politoloqun sözlərinə görə, Rusiya rəhbərliyinin indiyə qədər yüksək səviyyədə birgə görüş təşkili demək olar ki, səmərə verməyib:

"Hazırda regional şərtlərin dəyişməsi, Azərbaycanın regionda əsaslı şəkildə mövqeyini qoruması, Qərbdən Rusiyaya artan təzyiqlər. Moskvanın daha da obyektiv mövqe tutmasını şərtləndirir. Rusiya çalışır ki, Avrasiya İttifaqı və KTMT kimi regional layihələrini inkişaf etdirsin və Azərbaycanı bu qurumlara üzv olmasına razı salsın. Təbii ki, Azərbaycan birmənalı şəkildə Qarabağ münaqişəsi həll edilmədən bu qurumlara üzv olmayacağını açıq şəkildə qeyd edib. Həmçinin rəsmi Bakı artıq milli maraqlar naminə siyasət aparacağını elan edib. Rusiya rəhbərliyi rəsmi Bakının bu siyasətini yaxından izləyir. Amma, praqmatik siyasət ortaya qoya bilmir".

Məhəmməd Əsədullazadə deyib ki, Putin Paşinyan və Əliyev görüşünü təşkil edib, Qarabağ münaqişəsinin həllini mərhələil şəkildə reallaşdıra bilər:

"Amma, buna gedə bilmir. Çünki, Rusiyada erməni diasporu və lobbisi köklü sürətdə Kremlin qərarlarına Azərbaycanla bağlı təsir edə bilir. Bu lobbinin arxasında Rusiya XİN rəhbəri Sergey Lavrov dayanıb. Putin siyasi iradə ortaya qoyub, Ermənistanı güzəştə məcbur edə bilər. Rusiyanın bundan sonra Cənubi Qafqazda rolunun güclənməsi qaçılmaz olar".
Xəbəri paylaş