Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU-da "Yeni Fikir VI" startap müsabiqəsininin təqdimatı keçirilib

AzTU-da "Yeni Fikir VI" startap müsabiqəsininin təqdimatı keçirilib


Newscenter.az.5.04.2019. Aprelin 5-də Azərbaycan Texniki Universitetində (AzTU) "Yeni Fikir VI" startap müsabiqəsininin təqdimatı keçirilib.

Newscenter.az xəbər verir ki, AzTU-nun Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov çıxış edərək ölkəmizdə startap mühitinin formalaşdırılması üçün dövlət tərəfindən aparılan işlərə diqqət çəkib. Prorektor qeyd edib ki, son illər qanunvercilikdə startapların inkişaf etdirilməsi ilə bağlı mühüm dəyişikliklər edilib və dəyişikliklər universitetlərdə startap mühitinin formalaşdırılması üçün zəmin yaradır. "Yeni Fikir VI" startap müsabiqəsininin artıq 6-cı ildir ki, keçirildiyini deyən prorektor AzTU tələbələrinin bu yarışmada aktiv iştirak edəcəyinə inandığını vurğulayıb.

“Yeni Fikir” startap müsabiqəsinin layihə rəhbəri, dosent İsa Qasımov çıxışında müsabiqə haqqında geniş məlumat verib. Bildirilib ki, BP-nin maliyyə dəstəyi ilə keçiriləcək "Yeni Fikir VI" startap müsabiqəsi əvvəlki müsabiqələrdən fərqli olaraq, həm də ekosistemə yeni startapların daxil olmasını təmin edəcək. Ümumilikdə 6 mərhələdən ibarət olan müsabiqənin qalibi olacaq layihələrdən 1-ci yeri qazanan startap komandası 8000 manat, 2-ci yeri qazanan stsratap komandası isə 6000 manat maliyyə dəstəyi alacaq.

“Yeni Fikir” startap müsabiqəsinin eksperti, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndəsi Vüsal Kərimli isə çıxışında müsabiqəyə qatılacaq startap komandalarının startap sahəsində bilik və bacarıqlarının artırılması, komandaların biznes planını hazırlamaq, komanda formalaşdırmaq bacarıqları ilə bağlı öz tövsiyələrini verib.
Xəbəri paylaş