Newscenter.az.8.04.2019. Ötən gün bəzi xəbər saytlarında Şamaxı rayonunda Pirsaat çayına gələn selin Sabir qəsəbəsində avtomobil körpüsünün bir hissəsini dağıtdığını, nəticədə nəqliyyatın hərəkətində çətinlik yarandığı barədə məlumat gedib.
Newscenter.az-ın xəbərinə görə, bununla bağlı açıqlama yayan Avtomobil Yolları Dövlət Agentliyi bildirib ki, son günlər ərzində sözügedən ərazidə belə bir hadisə baş verməyib və avtomobil körpüsündə heç bir dağıntı qeydə alınmayıb.
Məlumat üçün bildirək ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik hissəsində yolun I texniki dərəcəyə uyğun genişləndirilməsi işləri həyata keçirilir. Bununla əlaqədar olaraq magistralın Sabir qəsəbəsindən keçən hissəsində vətəndaşların istər Şamaxı, istər sə də Bakı şəhəri istiqamətində rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Pirsaatçay körpüsünün qarşısında 45 metr uzunluğunda yeni yeraltı keçid inşa edilir. Bu səbəbdən də sözügedən körpü ilə hərəkət müvəqqəti olaraq dayandırılıb və yaxınlıqda inşa edilmiş yeni körpüyə yönəldilib.