Newscenter.az.8.04.2019. “AXCP-nin sədri Əli Kərimli ilə REAL-ın rəhbəri İlqar Məmmədov arasında "ana müxalifət" lideri olmaq uğrunda şiddətli mübarizə gedir. Onların partiya funksionerləri də sosial şəbəkələrdəki müzakirələrdə hərə öz liderini dəstəkləyərək qarşı tərəfi pozuculuqda, yanlış mübarizə taktikaları seçməkdə ittiham etməklə necə deyərlər, odun üzərinə biraz da benzin tökürlər”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, iqtidarın bunlara əmək sərf edib mübarizə aparmasına və onları zəiflətməsinə ehtiyac yoxdur:
“Bunlar elə özləri bir-birilərini didib bitirəcəklər. Gözləyək görək bir-birini heç cürə həzm edə bilməyən bu iki iddialı müxalifət liderinin bir-birilə "çəpər davası" nə ilə nəticələnəcək”.