Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Əsabil Qasımovun Azərbaycandan kənardakı biznesləri

Deputat Əsabil Qasımovun Azərbaycandan kənardakı biznesləri


Newscenter.az.8.04.2019. Xarici ölkələrdə geniş biznes imkanlarına malik olan məmurların sıraları genişlənir. Artıq belə imkanlara sahib olanlar sırasında parlamentarilər də var. Avropada yaşayan soydaşımız Cavanşir Həsənlinin araşdırmasına əsasən, millət vəkili Əsabil Qasımov da Azərbaycandan kənarda özünə geniş biznes yaradıb. Belə ki, millət vəkilinin 2010-cu ildən Qazaxıstanda taxıl kombinatı fəaliyyət göstərir.

Araşdırma materialında bildirilir ki, kombinat "ДЖАРКУЛЬСКИЙ ЭЛЕВАТОР" Səhmdar Cəmiyyəti ( qazaxca "ДЖАРКУЛЬСКИЙ ЭЛЕВАТОР" АКЦИОНЕРЛІК ҚОҒАМЫ) tərəfindən idarə olunur.

Qazaxıstanın ən böyük taxıl istehsalçısı olan Kustanay vilayətinin Fyodrovka rayonunda yerləşən 4 iri kombinatdan biridir. Günlük taxıl qəbulu, qurudulması və təmizləmə gücü 6000 ton təşkil edir.
ДЖАРКУЛЬСКИЙ ЭЛЕВАТОР"-un əsas səhmdarları deputata məxsus "Karat", "Karmen", "Aveta" və "Gəncə Dəyirman" məhdud məsuliyyətli cəmiyyətləridir. Digər səhmdarlar arasında fiziki şəxslərdən Əsabil Qasımov Qarakişi oğlu, oğlu Taleh Qasımov, deputatın qardaşları Eyyub Qasımov, Teyyub Qasımov, Elxan Qasımov, Səxavət Qasımov, Ataş Qasımov, Səxavət Qasımov və digər qohumları da var.
Deputat Əsabil Qasımovun Azərbaycandan kənardakı biznesləri

Səhmdar Cəmiyyət 2007-ci ildə yaradılıb, səhmlərin böyük hissəsi 2014-cü ildə deputatın şirkətləri və qohumları tərəfindən alınıb. Dövlət qeydiyyatı nömrəsi: КСТ-000204. Nizamnamə kapitalı 48 miyon 600 min tenqe, aktivləri 15 miyon 740 min avro təşkil edir. 2017-ci ildə gəlirləri 227 milyon 253 min tenqe (597 min 675 min dollar) olub. Balansında dövlət qeydiyyatından keçmiş 48 daşınmaz əmlak var.

“Əsabil Qasımovun deputat olmamışdan əvvəl biznesinin olduğunu əsas gətirənlərə Azərbaycan Respublikasının Konstitusiyasından zəruri xatırlatma;

Maddə 89. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi

I. Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla)”.

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Deputat Əsabil Qasımovun Azərbaycandan kənardakı biznesləri
Xəbəri paylaş