Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağda müharibə başlayarsa ilk etabda ordumuz Ağdərə, Füzuli, Ağdam və Cəbrayıla nəzarəti bərpa edəcək

Qarabağda müharibə başlayarsa ilk etabda ordumuz Ağdərə, Füzuli, Ağdam və Cəbrayıla nəzarəti bərpa edəcək


Newscenter.az.8.04.2019. “Ermənistanın baş naziri Nikol Paşinyanın daxildə Qarabağ klanından və radikal kəsimdən ehtiyat edərək münaqişənin həllində tutduğu mövqe həll variantını mümkünsüz edir. O, yerli mətbuata verdiyi açıqlamada Madrid prinsiplərini anlamadığını qeyd edir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Paşinyanın bundan sonrakı danışıqlarda bu plana aydınlıq gətirəcəyini, müharibə qarşılığına sülhlə cavab veriləcəyini, Qarabağ xalqı ifadəsini işlətməsi əslində konfliktin daha da dərinləşməsinə gətirir:

“Paşinyanın "Qarabağ xalqı" termini sadəcə siyasi manevrdi. Nikol Paşinyan sülhdən danışırsa, ilk növbəfə danışıqlar prosesinə zərbə vuran ritorikaları kənara qoyub, vətəndaşlarını işğal olunmuş ərazilərin boşaldılması mümkünlüyünə inandırmalıdır və dövlətin inkişafını məhz işğal faktoruna son qoyduqdan sonra mümkün olacağını cəmiyyətə aşılamalıdır. Həmçinin ölkəsini Rusiyanın forpostundan uzaqlaşdırmalıdır. Yoxsa, ölkəsində "məxməri" inqilablar heç vaxt ölkə əhalisinə xoşbəxtlik gətirməyəcək.

Qeyd edim ki, Paşinyan əvvəlki hakimiyyətdən fərqli bir mövqe ortaya qoyur. Onun hazırkı yanaşması davam edərsə, rəsmi Bakı təzyiq etməsə, danışıqların bundan sonra da nəticəsiz davam edəcəyi gözlənilir”.

Politoloq deyib ki, Ermənistan cəmiyyəti Qarabağ məsələsində kəskin radikallaşıb:

“İqtidarlar güzəştdən çəkinirsə, bizdə radikallığımızı ortaya qoyub Ermənistan cəmiyyətinə adekvat olaraq hərbi gücümüzü bir daha nümayiş etdirməliyik. Əgər, Qarabağda müharibə başlayarsa ilk etabda ordumuz Ağdərə, Füzuli, Ağdam və Cəbrayıla nəzarəti bərpa edəcək. Bundan sonra Ermənistan cəmiyyəti və iqtidarı sülhə razı olacaq”.
Xəbəri paylaş