Newscenter.az.11.04.2019. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş aprelin 15-də Moskvada keçiriləcək.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan bildirib.
Onun sözlərinə görə, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək.