Newscenter.az.11.04.2019. 2019-cu ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin dəstəyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə hərbi hissədə beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib.
Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşları şəxsi heyət qarşısında müxtəlif mövzularda çıxış edib və onları maraqlandıran sualları cavablandırıblar.