Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Startap Günləri”nə son 1 gün qaldı

“Startap Günləri”nə son 1 gün qaldı


Newscenter.az.11.04.2019. 12-13 aprel 2019-cu il tarixində Azərbaycan Texniki Universitetində keçiriləcək Newscenter.az xəbər verir ki, “Startap Günləri” ilə bağlı hazırlıq işləri yerinə yetirilib. İşçi qrupları yaradılıb və “Startap Günləri”nin keçiriləcəyi yerlər hazırlanıb. Tələbələrin orada rahat şəkildə iştirak edib öz ideyalarını nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb. Bu günə qədər “Startap Günləri”nə qatılmaq üçün 117 nəfər tələbə qeydiyyatdan keçib.

Qeyd edək ki, “Startap Günləri” AzTU-da ötən il də təşkil olunub. Ötən il yarışmanın qaydalarına uyğun olaraq 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyən olunub və onlara müxtəlif hədiyyələr, həmçinin pul mükafatı təqdim olunub.

Bu il də ənənəyə uyğun olaraq ən yaxşı 3 startap seçilərək 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyən olunacaq. Qaliblərə yarışmanın sponsorları tərəfindən hədiyyələrin və Respublika Finalına qatılma şansı veriləcək.
Xəbəri paylaş