Newscenter.az.11.04.2019. Ukraynada Azərbaycan diasporunun birləşməsi rəsmən təsdiqləndi. Bir çox təşkilatların təmsil olunduğu Ukrayna Azərbaycanlıları Radası (RAU) bu ölkənin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib.
Newscenter.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bir neçə gün sonra Kiyevdə RAU-nun təsis qurultayı olacaq: “Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək”.