Newscenter.az.12.04.2019. Ermənistan baş naziri Nikol Paşinyan Avropaya səfərində Türkiyə ilə sərhədlərin açılması üçün Sürix protokollarının yenidən gündəmə gətirilməsini istəyib.
Newscenter.az-ın xəbərinə görə, məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə bu istiqamətdə Avropanın Azərbaycana təzyiqlər etməsini də Paşinyan dilə gətirib:
“Yəni, Azərbaycan bu məsləyə etiraz etməsin. Nikol Paşinyan Türkiyə Ermənistan sərhədlərini açmılmasının İrəvanın Rusiyanın təsirindən yayınmağa xidmət edəcəyini Avropa rəsmilərini inandırmağa çalışır. Bununla Türkiyə ilə iqtisadi əlaqələri inkişaf etdirməklə, Rusiyanın mövqeyini kifayət qədər ölkəsində zəiflədəcək. Bu istiqamətdə ABŞ-ın ölkəsindəki səfirliyi ilə də müzakirələr apaprır. Vaşinqtonun hərəkətə keçməsini istəyir”.
Politoloq deyib ki, Sürix protokollarını yeni adda gündəmə gətirməklə Paşinyanın Qarabağ məsələsindən hədəfi yayındırmağa çalışacaq:
“Avropa İttifaqı yenidən regionda dəyişən şərtlər fonunda Türkiyədən sərhədlərin açılmasını tələb edə bilər. Bu Bakıdan da istənilə bilər. İttifaq onunla əsaslandıra bilər ki, Rusiyanın regionada mövqeyi bununla zəifləyəcək və proseslər münaqişənin həllinə gətirəcək. Əgər, bu baş verərsə, yeni gərginliyə yol açıla bilər. Avropa İttifaqı da məhz yaxşı bilir ki, bu sərhədlər nə üçün bağlıdır və nəticə ortadan qalxmayınca əlaqələrin bərpası mümkün görünmür. İlk növbədə Paşinyana Avropdan təlimat verilməlidir ki, ölkəsində Rusiyanın mövqeyinin zəifləməsini istəyirsə, Rusiya hərbi bazalarının çıxarılması üçün ümumi etiraz nümayişləri keçirilsin. Bununla da Qarabağ münaqişəsinin həlli tezləşər və regionda yeni siyasi əməkdaşlıq mərhələsi başlayar. Yoxsa, Türkiyə ilə sərhədlərin açımasını gündəmə gətirmək isə, işğalı davam etdirmək planından ibarətdir.
Qeyd edim ki, Türkiyə Ermənistan sərhədlərinin açılması heç də Qarabağ münaqişəsinin həllinə gətirib çıxarmaz. İşğal daha da legitimləşər. Ona görə də Türkiyə və Azərbaycan bu məsələdə yekdildir. Ermənistanın blokadası davam etməlidir. Türkiyə Ermənistan sərhədlərinin açılması işğalın stimullaşmasına və heç də Rusiyanın mövqeyinin zəifləməsinə gətirib çıxarmaz. Çıxılmaz vəziyyətdə olan Ermənistan rəhbərliyi yeni yollar axtrarışındadır”.