Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan İlahiyyat İnstitutunun dosenti BSU-da mühazirə oxuyub

Azərbaycan İlahiyyat İnstitutunun dosenti BSU-da mühazirə oxuyub


Newscenter.az.12.04.2019. Bakı Slavyan Universitetində (BSU) Təhsil Nazirliyindən (TN) göndərilən tövsiyə məktubu əsasında “İslam tarixinin və islam əxlaqının əsas prinsipləri” mövzusunda fakültətiv kursların növbəti mühazirəsi keçirilib. Mühazirənin budəfəki qonağı Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) dosenti, ilahiyyat üzrə fəlsəfə doktoru Anar Qafarov olub.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, dosent Anar Qafarov BSU tələbələri qarşısında “İslam əxlaq fəlsəfəsi” mövzusunda geniş məruzə ilə çıxış edib. İlahiyyatçı islam düşüncəsi və mədəniyyətində əxlaqın mövqeyindən, əhəmiyyətindən bəhs edib, islam, əxlaq və fəlsəfə anlayışlarının terminoloji cəhətdən izahını verib. A.Qafarov islam əxlaq fəlsəfəsində əxlaq düşüncəsinin əsas mənbəyinin Quran və hədislərdə mövcud olduğunu vurğulayıb. Qloballaşma hadisəsini müxtəlif mədəniyyətləri təmsil edən fərd və cəmiyyət münasibətlərinin inkişaf etdirilməsi baxımından müsbət amil kimi dəyərləndirib. İlahiyyatçı alim müasir dövrdə texnologiyadan düzgün yararlanmaqla bağlı gənclərə öz tövsiyələrini verib. İslam filosoflarının əxlaq fəlsəfəsi haqqında fikirlərindən bəhs edən A.Qafarov Azərbaycan mədəniyyətində islam dininin izləri barədə bir sıra maraqlı faktlardan nümunələr gətirib. Azərbaycanlı alimlərin islam mədəniyyətinin formalaşmasında xüsusi rol oynadıqlarını, bu mədəniyyətə böyük töhfələr verdiyini vurğulayıb.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması, mövzu ətrafında müzakirələrlə davam edib.
Xəbəri paylaş