Newscenter.az.12.04.2019. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
Newscenter.az-a Dini Komitədən bildirilib ki, tədbirdə çıxış edən RİH başçısının birinci müavini Xanlar Məmmədov ölkəmizdəki nümunəvi dövlət-din münasibətlərindən söz açıb. DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında dövlətin dini etiqad və vicdan azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışıb. Vurğulayıb ki, Azərbaycan hakimiyyəti dini durumun sabitliyinin qorunması, dini dözümlülük ənənələrinin qorunub saxlanılması və radikallıq meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı rayondakı dini durum barədə ümumi məlumat verib, Biləsuvarda dini icmaların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov Azərbaycan dövlətinin ölkədəki dinlərə və dindarlara qayğısı barədə geniş çıxış edib.