Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəblərdə yaradılan Valideyin Komitələri əslində, ailə-məktəb bağlarını gücləndirməli idi

Məktəblərdə yaradılan Valideyin Komitələri əslində, ailə-məktəb bağlarını gücləndirməli idi


Newscenter.az.12.04.2019
. Son günlər ölkədə bir necə neqativ hadisə baş verdi ki, onların da ən faciəlisi məktəbli Elinanin intiharıdır. İntihardan bu günə mətbuatda və sosial şəbəkələrdə mövzu ətrafinda coxlu müzakirələr gedir, hər kəs məsələyə öz prizmasindan yanaşir. Məktəb direktorunu qinayan kim (hətta həbsini istəyirlər), Elinanin məktəb yoldaşlarini qinayan kim, valideyinləri qinayan kim... Yanaşmalar çox müxtəlifdir. Sonucda məsələ ölkə rəhbərliyi tərəfindən nəzarətə götürüldü. Xüsusi tapşiriqlar verildi, istintaq gedir, yəqin yaxın vaxtlarda dəqiq məlumat açıqlanar.

Mənim deyəcəklərim isə valideyinlərə, ələxüsus da analaradır. Əziz valideyinlər, gəlin məsələlərin ciddiliyinin fərqinə varaq. Əziz analar, ailə ənənələrimizi nəzərə alsaq, övladlarimiz biz atalardan cox sizin yaninizda və nəzarətiniz altında böyüyürlər. Gəlin, övladlar üzərində nəzarəti gücləndirək. Ola bilər kiminsə müəllimi kobud olsun, kiminsə müəllimi mülayim olsun. Amma cox mürəkkəb zamanda yaşadiğımızı unutmayaq.
21-ci əsrdə, müasirliyin aşib-daşdığı vaxtda, internet üzərindən dünyanın o tayı ilə bir saniyə ərzində əlaqə yaradılan zamanda zərərli meyllərin mövcudluğunu nəzərə almaliyiq. Ailələrdəki söz-söhbətlər övladların gələcəyinə pis təsir edir. Görürsüz, intihar edən məktəblinin ailəsində problemlərin olması da mediada qabardılır. Direktorun yayilmış səs yazısında da bu, aciqca deyilir. Bax, bunun nəticəsidir ki, nəzarətsizlikdən belə faciələr baş verir.

Əziz valideyinlər, biz övladlarımızı qapalı böyüdə bilməyəcəyik, biz onları telefonsuz saxlaya bilməyəcəyik, biz onları “Yutub”, “İnstaqram”, “Feysbuk”, “Vatsap”sız saxlaya bilməyəcəyik. Niyə? Cünki dövrün tələbi belədir. Sosial şəbəkələr həyatımıza elə giriblər ki, onlarsiz həyatı təsəvvür edə bilmirik. Belə bir cətin vaxtda hec olmasa, övladlarimıza nəzarəti gücləndirək.

Hamımız bir ağızdan müəllimləri qınayırıq. Bəli, onlarında arasında mənfi tiplər var. Ancaq fərqinə varmırıq ki, bir məktəbdə minlərlə uşaq təhsil alır, o uşaqların formalaşma dövrü, psixoloji yetkinlik dövrləri, bioloji yetişmə dövrləri məktəb illərinə təsadüf edir. Nəzarətdən cixa bilirlər. Dediklərim xoş görünməyə bilər, ancaq bunlar acı həqiqətdir.

Məktəblərdə yaradılan Valideyin Komitələri əslində, ailə-məktəb bağlarını gücləndirməli idi, “süpürgə pulu”nun yəğılması ilə məşğul olmamalı idi. Hər bir ailədəki vəziyyəti sinif rəhbəri, məktəb pisixoloqu, məktəb direktoru bilməlidir. O uşaqla fərdi söhbət aparilmalidir, uşağa fərdi yanaşilmalıdır. Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsi məncə, boşanmiş ailələrə psixoloji yardım göstərilməsini təmin etməlidir. Dağılmış ailələrin övladlarını məktəb rəhbərliyi ilə birlikdə nəzarətdə saxlamalıdır.

Ümumiyyətlə, yaxşı olar ki, ailənin rəsmiləşdirilməsində də, dağılmasında da Ədliyyə Nazirliyi ilə yanaşı, hansısa bir formada o Komitənin yəni Ailə,qadin,uşaq problemləri üzrə komitənin iştirakı olsun. Təhsil Nazirliyi sinifdəki say kvotasına diqqət etməlidir. 30-40 uşaq bir sinifdə necə oxuya bilər? Evdə 2-3 uşağa nəzarət edə bilməyən valideyin məktəbdə müəllim kimi o qədər şagirdə necə nəzarət etsin? Bir sözlə, sosial problemlər çox və mürəkkəbdir. Qənirə xanım demişkən, durum Elinadan üzr istəməkdən başqa yol qoymur. Səni qoruya bilmədik. Kimlərinsə ucbatndan.

Əlabbas Məhərrəmli
müstəqil ekspert
Xəbəri paylaş