Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Ermənistanın siyasi tarixinə bambılı və qeyri-ciddi lider kimi düşəcək.

Paşinyan Ermənistanın siyasi tarixinə bambılı və qeyri-ciddi lider kimi düşəcək.


Newscenter.az.12.04.2019. Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının açılışı üçün Strasburqa səfər edən və Avropa Şurasının Baş katibi Turbern Yaqlandla birgə mətbuat konfransı keçirən Ermənistan baş naziri Nikol Paşinyan bəyan etdiyi, dilə gətirdiyi absurd və ziddiyətli fikirləri ilə özünün nə qədər "idiot" olduğunu bir daha sübut elədi. Həmişəki kimi yenə də xalqları sülhə hazırlamaqdan dəm vuran və “Biz Azərbaycanla Ermənistan, Azərbaycanla Dağlıq Qarabağ arasında hədə dili ilə danışmamalıyıq və bizim məqsədimiz cəmiyyətimizi müharibəyə yox, sülhə hazırlamaqdır” deyən Paşinyan, eyni zamanda onun bəyan etdiyi sülh çağırışı ilə David Tonoyanın hədə dolu bəyanatı arasında ziddiyyətlərin olmadığını da əlavə edib.

Hərçənd ki, bu adam ciddi-cəhdlə ziddiyyətlərin olmadığını Avropalı parlamentarilərin diqətinə çatdırmağa çalışıb, amma onun az qala hər cümləsi öncəki cümlələri ilə ziddiyət təşkil edib.

Həmin ziddiyətli məqamlardan biri də danışıqların formatı ilə bağlı söylədiyi fikirlərdə əks olunub. Paşinyan növbəti dəfə danışıqlar formatının dəyişdirilməsi və Qarabağın erməni icmasının danışıqlar prosesində tərəf olmasını istəyib. O bildirib ki, “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllini üç tərəflə müzakirə etməlidir. Minsk qrupu Dağlıq Qarabağ, Azərbaycan və Ermənistan arasında dialoqun qurulması üçün yaradılıb. Bu gün Dağlıq Qarabağ və Azərbaycan arasında dialoqun qurulması üçün tədbirlər görürük”.

Bundan əvvəl də işğal altındakı Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlar prosesinə cəlb edilməsini israrla təklif edən Paşinyan əlavə edib ki, “bizim əsas hədəfimiz Azərbaycanla dialoqun davam etməsi üçün münbit şəraitin yaradılmasıdır. Ümid edirəm ki, Azərbaycandan olan partnyorlarımız çağırışımıza səs verəcəklər. Bunu etsək, tamamilə başqa situasiya yaranacaq”.

Avroparlamentarilər qarşısında maksimal dərəcədə sülhpərvər obrazına girməyə və özünü dialoq tərəfdarı kimi göstərməyə çalışan "pələng dərisi geymiş tülkü" Paşinyan çıxışı zamanı Azərbaycan Prezidenti ilə konstruktiv dialoq mühitinin yarandığını da qeyd etməyə məcbur olub. Belə ki, o deyib ki, “Prezident İlham Əliyevlə açıq, düzgün və konstruktiv dialoqumuz olub. Təəssüf ki, bizim münaqişənin detalları, həll mexanizmləri barədə təsəvvürlərimiz ümumi deyil, amma səmimi diskussiya atmosferi yaratmağımızın özü də yaxşı haldır”.

Amma Paşinyan tərəflər arasında bu konstruktiv dialoq mühitinin formalaşmasının kimin xidməti olmasını qeyd etməyi isə nədənsə, unudub. Daha doğrusu, bilərəkdən unudub. Əslində dialoq mühitinin təşəkkül tapması və münaqişə tərəfləri arasında danışıqlar prosesinin təxminən 1 illik fasilədən sonra yenidən bərpa edilməsi birbaşa İlham Əliyevin prinsipial səyləri nəticəsində mümkün olub. Paşinyan isə bu müddət ərzində bir qayda olaraq həmişə sülh danışıqlarına hələ hazır olmadığını bəyan edir və hər dəfə sülh danışıqlarını ertələmək üçün min cür bəhanələrə əl atırdı. Lakin o bütün bunları Avropa Şurasının deputatlarından gizlədərək, özünü sözün əsl mənasında "sülh göyərçini" kimi təqdim etməyə çalışdı.

Avrodeputatlar Paşinyanın bu "nağıl"larına inandılarmı-inanmadılarmı bunu bilmirəm. Ancaq bir həqiqət gün kimi aydındır ki, Ermənistan liderləri arasında hələ indiyə qədər Paşinyan kimi ziddiyətli persona olmayıb. Mən əminəm ki, Paşinyan Ermənistanın siyasi tarixinə bambılı və qeyri-ciddi lider kimi düşəcək.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş