Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstehlak üçün yararsız olan daha 120 kq ət məhv edilib

İstehlak üçün yararsız olan daha 120 kq ət məhv edilib


Newscenter.az.12.04.2019. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Beyləqan rayonu ərazisində vətəndaşa məxsus "Jiquli" markalı 44-BE-524 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman baqaj hissədə təxmini çəkisi 120 kq olan iribuynuzlu heyvan cəsədi aşkar edilib.

AQTA-dan Newscenter.az-a bildirilib ki, aşkar edilmiş heyvan cəmdəyinə baxış keçirilərkən heyvanın aqonal vəziyyətdə kəsildiyi, soyulmadığı, qansızlaşdırmanın aparılmadığı, eyni zamanda anti-sanitar vəziyyətdə daşındığı məlum olub. Həmin cəmdəkdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib.

Heyvan cəmdəyi istehlak üçün yararsız olduğundan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.
Xəbəri paylaş