Newscenter.az.15.04.2019. Az öncə Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və ATƏT-in Minsk qrupu həmsədrlərinin də iştirakı ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatskanyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının perspektivlərinin müzakirə üzrə görüş başladı. Mətbuat nümayəndələrinə qapalı olan bu müzakirələr 29 Mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçirilir.
Hörmətli ekspertlərimizdən bəziləri hesab edir ki, Moskva görüşü də Vyana görüşü kimi Ermənistan tərəfindən manipulyasiya məqsədi daşıyır və rəsmi Bakı bu kimi danışıqlardan geri çəkilməlidir. Ancaq mən bu cür emosinal ovqatda səsləndirilən fikirlərlə qətiyyən razılaşmıram. Biz indiki halda danışıqlar prosesindən birtərəfli qaydada, nümayişkaranə şəkildə çıxa bilmərik. Bu onsuz da həssas bir nöqtədə olan Qarabağ məsələsini Azərbaycan üçün bir qədər də mürəkkəbləşdirər və sözün əsl mənasında "Qordi düyünü"nə çevirərdi.
Odur ki, rəsmi Bakının hazırki məqamda öz siyasi təmkinini qoruyaraq diplomatik mücadiləni davam etdirməsi tamamilə doğru mövqedir. Biz konkret bir görüşün nəticələrinə deyil, bütövlükdə diplomatik savaşın nəticələrinə hədəflənməliyik. Diplomatik savaş isə sonda Qarabağın ya sülh, yadaki hərb yoluyla azad edilməsi ilə nəticələnəcək. Səbrli olaq!
Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri