Newscenter.az.15.04.2019. Son zamanlar Azərbaycan ilə Avropa İttifaqı arasında bağlanacaq Tərəfdaşlıq Sazişi ilə bağlı müxalifət düşərgəsindəki Əli Kərimli, Arif Məmmədov, Gültəkin Hacıbəyli, Cəmil Həsənli kimi uğursuz "lider"ciklər çaşdırıcı, yalan məlumatlar yayır, sözügedən Tərəfdaşlıq Sazişinin mətnində Azərbaycanın milli maraqlarına uyğun olmayan şərtlərin yer aldığını iddia edir və bununla ictimai fikirlə manipulyasiya etməyə çalışırlar. Məsələn, bisavad və "zorən diplomat" Arif Məmmədov öz kiçik ağlı ilə iddia edir ki, guya, Avropa İttifaqı ilə hazırlanan Tərəfdaşlıq Sazişində Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmayıb və bu da Qarabağ üçün təhlükəlidir. Ancaq halbuki, may ayında imzalanması palnlaşdırılan Strateji Tərəfdaşlıq Sazişində Azərbaycanın ərazi bütövlüyü tanınır və dəstəklənir. Yəni ki, Arif Məmmədovun iddiaları ağ yalan və həyasızcasına dezinformasiyadır.
Radikalların "ağa"sı Əli Kərimli isə Arif Məmmədovdan da bir addım irəli gedərək soruşur ki, axı niyə Azərbaycan açıq şəkildə Qarabağı Rusiyanın işğal etdiyini demir? Dostlar, siz bu bəyəfəndinin ritorikasındakı məkrli məramı görürsünüzmü? Adam açıq mətnlə Azərbaycan dövlətinə çağırış edir ki, Rusiyanı işğalçı adlandırsın. Sizcə, Əli Kərimli normal və ciddi siyasətçi olsaydı, belə bir avantürist çağırış edərdimi? Xeyr, ağlı başında olan normal siyasətçilər əsla belə bir çağırış etməzdilər. Ancaq özünü hər zaman liberal-demokratik dəyərlərin çarçısı kimi təqdim etməyə çalışan Əli Kərimli bu açıqlamasını verərkən bir anlığa da olsa liberal-demokratlığını unudur və ultra-millətçi köynəyini əyninə geyir, psevdo-vətənpərvər obrazında çıxış edir.
Bir sözlə, Əli Kərimli və onun "muşketyor"ları indiki olduqca həssas məqamda siyasi iblisliklə məşğuldur və bu iblislik də özünü ilk növbədə onda göstərir ki, onlar bir yandan Avropa İttifaqı ilə münasibətlərimizə xələl gətirməyə, Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasını əngəlləməyə çalışır, digər yandan isə Rusiya ilə münasibətlərimizi Rusiya-Ukrayna və Rusiya-Gürcüstan təcrübəsində olduğu kimi "qırmızı xətt"ə çatdırmağa, Rusiyaya qarşı açıq düşmənçilik siyasətinə keçməyə təhrik edirlər. Başqa sözlə desək, Ə.Kərimli və onun yandaşları Azərbaycanı eyni vaxtda iki istiqamətdən zərbə altında qoymağa çalışır. Əslində bunun özü Azərbaycana qarşı ən böyük düşmənçilikdir. Ölkəyə, millətə qarşı düşmənçilik başqa necə olur ki?
Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri