Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Radikalizmə qarşı mübarizəni ümumxalq işinə çevirmək vacibdir

Radikalizmə qarşı mübarizəni ümumxalq işinə çevirmək vacibdir


Newscenter.az.15.04.2019
. "Radikalizmə qarşı mübarizəni profilaktik baxımdan ümumdövlətlə yanaşı, həm də ümumxalq işinə çevirmək vacibdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov səsləndirib. O, bildirib ki, bu məsələdə hər bir vətəndaşın fəallığına ehtiyac var:

"Heç kəs düşünməsin ki, bu gün oğlu, qızı, hər hansı yaxın qohumu radikal dəstələrə qoşulmayıbsa, ölkədə radikallığa meyilliliyin artmasının ona heç bir dəxli yoxdur. Bilmək lazımdır ki, bu gün yaşadığınız şəhərə, qəsəbəyə, kəndə düşən ekstremizm toxumu sabah sizin bilavasitə evinizə, ailənizə daxil ola bilər. Odur ki, hər kəs bu mənada ayıq və mübariz olmalıdır".
Xəbəri paylaş