Newscenter.az.15.04.2019. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Tovuz rayonu Qazqulu kənd ərazisində aprelin 15-i gecə saatlarında vətəndaşa məxsus 99-FH-137 dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilib.
Agentlikdən Newscenter.az-a bildirilib ki, baxış zaman avtomobilin yük hissəsində təxmini çəkisi 150 kq olan istifadəyə yararsız ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.
Aşkar edilmiş heyvan cəmdəyinə baxış keçirilərkən heyvanın baş nahiyəsinin kəsildiyi, qarın hissəsinin isə kəsilərək çıxarıldığı məlum olub. Həmin cəmdəkdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir.