Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır

Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır


Newscenter.az.16.04.2019. Kənd Təsərrüfatı Nazirliyi 432 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edib. Newscenter.az-a nazirlikdən bildirilib ki, aprelin 15-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Müsahibə mərhələsi üzrə qeydiyyat mayın 15-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru üzrə müəyyənləşib.

Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=268&DoKod=208

http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=267&DoKod=208
Xəbəri paylaş