Newscenter.az.18.04.2019. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev hər zaman məmurlara, səlahiyyət mənsublarına vəzifə səlahiyyətlərindən sui-istifadə etməməyi, vətəndaşı incitməməyi tövsiyə etsə də, lakin hələ də dövlət başçısının tövsiyə və tapşırıqlarına əməl etməyən vəzifə sahiblərinə rast gəlirik. Xüsusilə, bu kimi neqativ hallara hüquq-mühafizə və məhkəmə sistemində rast gəlinir desək yanılmarıq. Elə redaksiyamıza müraciət edən Binəqədi rayonu sakini Namiq Məmmədov da məhz qeyd etdiyimiz qurumlardan şikayətçidir.
Müraciət müəllifi iddia edir ki, Binəqədi rayonu, I Mədən ərazisinin sahə müvəkkili Zaur Orucov rayon ərazisində baş vermiş bir cinayət hadisəsinin üstünün açılmasında maraqlı deyil və hər vəchlə cinayətkarların cəzadan kənar qalmasına çalışır. Namiq Məmmədov qeyd edib ki, sözügedən cinayət hadisəsi cari il, mart ayının 23-də, Binəqədi rayonunun mərkəzində baş verib: "Qeyd etdiyim tarixdə axşam saatlarında məktəbdən evə qayıdan qızım iki nəfər xanımın fiziki təzyiqləri ilə üzləşib. Heç bir səbəb və əsas olmadan qızıma fiziki güc tətbiq edən həmin naməlum xanımların ictimai asayişi pozan hərəkətləri ətrafdakı kameralara da düşüb. Onu da qeyd edim ki, hadisə baş verən zaman ətrafda da insanlar olub və eyni zamanda qızımın sinif yoldaşı da haisənin şahidi olub". Namiq Məmmədov deyir ki, dərhal baş verən hadisə barədə Binəqədi rayonu Polis İdarəsinin 4-cü Polis bölməsinə məlumat versə də, lakin bu günə qədər ictimai asayişi pozan xanımların məsuliyyətə cəlb edilmıəsi istiqamətində heç bir iş görülməyib: "Kameralardan əldə etdiyim görüntülər, həmin xanımların fotolarını sahə müvəkkili Zaur Orucova təqdim etsəm də, lakin o, cinayətin üstünün açılmasında maraqlı deyil. Bir aya yaxındır ki, xırda bir rayon ərazisində, hər kəsin gözü qarşısında baş verən hadisənin üstünün açılmasını yubadır. Halbuki hadisəni törədənlərin fotolarını da Zaur Orucova təqdim etmişəm".
Namiq Məmmədov deyir ki, aprelin 12-də Zaur Orucov ona hadisə iştirakçılarının saxlanıldığını və bölmıyə gətirildiklərini desə də, sonradan onları sərbəst buraxıb: "Zaur Orucov mənə zəng etdi ki, hadisədə şübhəli bilinən şəxslər saxlanılıb. Bakıdan kənarda olduğum üçün axşam saatlarında 4-cü bölməyə getsəm də, Zaur Orucov həmin xanımların sərbəst buraxıldığını dedi və bildirdi ki, sabah onlar yenidən bölməyə dəvət ediləcək. Artıq bir həftəyə yaxındır ki, Zaur Orucov nə xanımları bölməyə dəvət edir, nə də cinayətin üstünün açılmasına maraq göstərir".
Namiq Məmmədov deyir ki, baş vermiş hadisə ilə bağlı 4-cü bölmənin rəisinə müraciuət etməyi düşünsə də, lakin rəislə görüşə də imkan verilmir: "Beləliklə, Zaur Orucov hansısa səbəbdən baş vermiş cinayətin üstünün açılmasına maraq göstərmir".
OLAYLAR.AZ