Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Münaqişənin həllinə yönəlik heç bir razılaşma yoxdur

Münaqişənin həllinə yönəlik heç bir razılaşma yoxdur


Newscenter.az.18.04.2019
. “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sonuncu Moskva görüşündən sonra Sergey Lavrovun açıqladığı “yaxınlaşma” tipli “razılaşma” münaqişənin dinc yolla həlli istiqamətində hər hansı ümid yaratmır.

Bu fikirləri Newscenter.az-a müstəqil ekspert Əlabbas Məhərrəmli səsləndirib. O, qeyd edib ki, bu “razılaşma” qarşılıqlı səfərlər, o cümlədən jurnalistlərin səfərlərinin həyata keçirilməsini də nəzərdə tutur:

“Xatırladım ki, bundan əvvəl də QHT-lər səviyyəsində “xalq diplomatiyası”nın gücləndirilməsinə cəhdlər olmuşdu. Amma o cəhdlər nə münaqişənin nizamlanmasına, nə də qarşılıqlı etimadın yaranmasına təsir göstərmədi. Hesab edirəm ki, “xalq diplomatiyası” indi də nəticəsiz qalacaq. Ona görə ki, münaqişənin həllinə yönəlik heç bir razılaşma yoxdur. Əgər anlaşma yoxdursa, qarşılıqlı səfərlərin faydası nədir?”.

Ekspert deyib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin heç olmasa, bir hissəsini boşaltsayda, o halda bu məsələnin perspektivi olardı: “İndiki halda isə belə bir zəmin yoxdur. Yeri gəlmişkən, qarşılıqlı səfərlər məsələsinə münasibət bildirən Azərbaycan jurnalistlərinin mövqeyini dəstəkləyirəm. Onlar Azərbaycan ərazisi olan Dağlıq Qarabağa Ermənistandan keçib getməyin qəti surətdə əleyhinə çıxıblar. Bu, doğru yanaşmadır”.
Xəbəri paylaş