Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir

“İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir


Newscenter.az.18.04.2019. “İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclər kuboku:Aprel zəfəri” layihəsi davam edir.

İctimai Birlikdən Newscenter.az-a bildirilib ki, “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsi 7 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçirələn idman çempionatıdır. Layihədə Futbol, Voleybol, Peyntbol, Səmti müəyyənetmə, Atıcılıq, Velosiped, Yüngül atletika idman növləri üzrə 1/8, 1/4, yarımfinal və final mərhələləri oyunları keçirilir. Futbol, Voleybol, Peyntboll, Velosiped, Atletika idman növü üzrə yarışlar artıq start götürüb.

AFFA-nın məşq meydançasında “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinin futbol idman növü üzrə 32 komanda arasında 1/16 və 1/8 turunun oyunları keçirilib. Qalib gələn komandalar 1/4 final mərhələsinə yüksəliblər. Peyntboll idman növü üzrə yarışlar “Ulduz Peyntbol Mərkəzində” baş tutub. 16 komanda arasında aparılan mübarizədə 1/8, 1/4 və yarım final mərhələləri keçirilib, qalib komandalar final oyununa haqq qazanıb. Velosiped idmanı üzrə yarışın ilkin mərhələsi Velo Parkda baş tutub, 64 gənc arasında keçirilən mübarizə sonrası 6 iştirakçı final turuna vəsiqə qazanıb. Atletika idman növü üzrə yarışlar Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının qaçış meydançasında həyata keçirilib və 6 iştirakçı finalda iştirak hüququ qazanıb. Voleybol yarışları Xəzər Universiteti nəzdində Dünya məktəbində start götürüb, 16 komandanın iştirakı ilə başlayan yarışmada 1/8, 1/4 final mərhələlərinin qalibləri yarım-final mərhələsinə yüksəliblər.
Xəbəri paylaş