Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə nümayəndə heyətinin səfəri başa çatıb

Türkiyə nümayəndə heyətinin səfəri başa çatıb


Newscenter.az.18.04.2019. Ankara, İstanbul və İzmir Milli Təhsil idarələri rəhbərlərinin ölkəmizə səfəri başa çatıb.

Newscenter.az xəbər verir ki, səfərin ilk günü Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Ankara Təhsil İdarəsinin rəisi Turan Akpınar, İstanbul Təhsil İdarəsinin rəisi Levent Yazıcı, İzmir Təhsil İdarəsinin rəisi Ömer Yahşi və idarənin struktur bölmə rəhbərləri Fəxri Xiyaban, Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Üçgünlük səfər çərçivəsində BŞTİ-də Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin rəhbərləri ilə geniş tərkibdə görüş keçirilib. BŞTİ ilə İstanbul, Ankara və İzmir Milli Təhsil idarələri arasında Niyyət protokolu imzalanıb.
Həmçinin Türkiyəli qonaqlar 189-190 nömrəli və 138 nömrəli tam orta məktəblərdə, 268 nömrəli xüsusi məktəbdə olublar.

Qonaqlara məktəblərin fəaliyyəti və əldə olunmuş uğurlar haqqında geniş məlumat verilib. Görüşlər zamanı nümayəndə heyəti ümumi təhsil sahəsindəki inkişaf, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sağlamlıq imkanları məhdud uşaqların cəlb olunduğu inklüziv təhsil sahəsi ilə maraqlanıblar.
Qonaqlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, Peşə Təhsili üzrə Dövlət Agentliyi və 5 saylı peşə məktəbinin fəaliyyəti ilə də yaxından tanış olmaq imkanı qazanıblar.

Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə nazirlikdə də görüş keçirilib.

Səfər çərçivəsində keçirilən görüşlərdə qardaş ölkə olan Türkiyə ilə təhsil sahəsində əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində Bakı şəhəri ilə Ankara, İstanbul və İzmir şəhərlərinin ümumi təhsil müəssisələri arasında münasibətləri daha da inkişaf etdirməklə bağlı fikir müabidləsi aparılıb.
Qarşılıqlı əməkdaşlıqdan məmnun olduqlarını bildirən qonaqlar təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Səfər çərçivəsində qonaqlar ölkəmizin tarixini, mədəniyyətini, milli adət-ənənələrini əks etdirən tarixi məkanlarda və muzeylərdə də olublar.
Xəbəri paylaş