Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətimizə və ya dövlətçiliyimizə qarşı çirkli planları pozmaq hər birimizin borcudur

Dövlətimizə və ya dövlətçiliyimizə qarşı çirkli planları pozmaq hər birimizin borcudur


Newscenter.az.19.04.2019. "Son günlər hansısa xarici ünsürlər tərəfindən cəmiyyətimizdə planlı şəkildə gərginlik ocaqları yaradılır və bu qüvvələrin ölkəmizdə öz çirkli siyasətlərini həyata keçirmək niyətləri açıq hiss olunur. Tural Qarayev (Fuad Qəhrəmanlının qızını vuran) adlı bir məxluq (öz istəyilə və ya kimlər tərəfindənsə öyrədilərək) hüquq pozuntusu törədir".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama lə çıxış edən Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov deyib ki, bu xoşəgəlməz olaydan istifadə etməyə çalışan və cəmiiyyətimizdə süni qarşıdurma yaratmaq istəyən həmin xarici ünsürlər, o dəqiqə yerli "dostları" vasitəsilə hərəkətə keçərək bu məxluqun hakim partiyanın üzvü olduğunu bəyan edirlər:

"Halbuki, Tural Qarayev öz profilində müxalifət partiyalarının üzvü olduğunu yazır. Biz hüquqi və demokratik dövlətdə yaşayırıq, cəmiyyətdə kimin hansı vəzifə tutmasından və ya hansı status daşımasından asılı olmayaraq cinayət törədən cəzasını layiqincə almalı və ictimayyətimiz tərəfindən Tural Qarayevin törətdiyi bu xoşagəlməz olay qınanmalıdır. Dədə-babalarımızdan bizə miras qalan cəmiyyətimizin dəyərlərini qorumaq, dövlətimizə və ya dövlətçiliyimizə qarşı çirkli planları pozmaq hər birimizin borcudur".
Xəbəri paylaş