Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın 109 yaşlı sakini: "Hər cümə şərab içirəm"

ABŞ-ın 109 yaşlı sakini: "Hər cümə şərab içirəm"


Newscenter.az.20.04.2019. 109 yaşını qeyd edən ABŞ-ın Şimal Karolina sakini Anni Uilson KHOU 11-ə müsahibəsində uzunömürlülüyündən danışıb.

"Newscenter.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bu yaşa qədər yaşamaq üçün xüsusi olaraq heç nə etmədiyini bildirib.

A.Uilsonun sözlərinə görə, uzun ömrün xüsusi sirri mövcud deyil.

"Çox insan məndən bu barədə soruşur və xüsusi olaraq heç nə etmirəm. Mən, sadəcə, yaşayıram", - deyə A.Uilson qeyd edib.

Bununla yanaşı, uzunömürlü qadının özünəməxsus ənənəsi var: hər cümə günü bir qədəh şərab içir. O, bu dəfə də özünün 109 illiyində ənənəsinə sadiq qalıb.
Anar Tağıyev
Xəbəri paylaş