Newscenter.az.24.04.2019. Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkının yenidən qurulması layihəsi çərçivəsində ərazidə yeni su xətləri çəkilir.
“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Newscenter.az-a daxil olan məlumata görə, bununla əlaqədar 24 aprel 2019-cu il tarixində gün ərzində Nərimanov rayonunun Atatürk parkına yaxın ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.