Newscenter.az.25.04.2019. "Mədəni və tarixi irsimiz olan İçəri Şəhərin hissə-hissə dağıdılması, Qarabağda ermənilərin tarixi abidələrimizə qarşı vandalizmi ilə eynidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri AXCP-nin sədr müavini Məhəımməd Əsədullazadə səsləndiirib. O, qeyd edib ki, biz burada tarixi abidəmizi dağıdırıq, amma Qarabağdakı dağıdılan tarix abidələrə qarşı erməni vandalizmindən dünyaya danışırıq"
"Bu gün İran, Rusiya və digər ölkələr mərkəzimizdə Şirvanşahlar incisinin dağıdılmasını görürsə, bizim Qarabağdakı abidələr haqqında harayımızı səmimi qəbul etməyəcəklər. Necə ki, İran Şuşada məscidin restavrasiyasını üzərinə götürüb. Rusiya və Qərb ölkələrinin arxeloqları ermənilərin xahişi ilə işğal olunmuş ərazilərdə abidələrimi erməniləşdirirlər. Etməyin, eləməyin!. Otel, kafe bu qədərəmi tarixi irsimizdən dəyərli oldu".